...

Uçmuş binanın altında qalan daha 9 şəxsin kimliyi müəyyənləşib

Hadisə Materials 30 Avqust 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bir qrup şəxs operatv qərargaha müraciət edərək, yaxınlarının uçmuş binanın altında qaldığını iddia edirlər. Onların müraciəti əsasında hələ də dağıntılar altında qalan doqquz şəxsin adı müəyyənləşdirilib. Onlar - Məmmədov Surəddin Nurəddin oğlu, Hüseynov Rafiq Nemət oğlu, Əsgərov Valeh Telman oğlu, Əmənov Qədir Qərib oğlu, Hüseynov Xalid Ağasə oğlu, Cəfərov Akif Cəfər oğlu, Sadıqov İlham Sultan oğlu, Aslanov Cəmil Təmil oğlu və Ələkbərov Vüsal Sabir oğludur.

Avqustun 28-də Bakının Yasamal rayonunda Naxçıvani küçəsində tikilməkdə olan 16 mərtəbəli bina uçub. Binanın qalıqları altından indiyədək 12 nəfərin meyidi çıxarılıb. 4 nəfər isə yaralı vəziyyətdə xilas edilib.

Xəbər lenti

Xəbər lenti