...

Oğurluq elektrik xətti Naxçıvanda azyaşlı uşağın ölümünə səbəb olub

Hadisə Materials 4 Sentyabr 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axaməd kəndində elektrik oğurluğu azyaşlı oğlan uşağının ölümünə səbəb olub. Trend in bölgə müxbirinin sözlərinə görə, 16 yaşlı Xəyal İlham oğlu Rzayev evə oğurluq əlavə elektrik xəttini torpaq altından, həm də istifadəyə yararsız məftillər vasitəsilə çəkib. Nəticədə qonşu ailənin 9 yaşlı uşağı Elgün Sahib oğlu Tahirov izalyasiyasız xətti ayaqlayıb və elektrik vurmasından dünyasını dəyişib.

Hadisəni ört-basdır etmək üçün Rzayev uşağı evlərinin yaxınlığındakı Araz çayı sahilindəki qamışlıqda gizlədib. Tahirovun ayaqqabısının bir tayı qonşunun həyətindən tapıldığından onun valideynləri şübhələnib və izinə düşərək uşağı ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Şərur rayon prokurorluğunda cinayət işi açılıb və Rzayev tutulub.

Naxçıvan MR-in ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti