Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Lənkəran rayonunda iki bədbəxt hadisə baş verib. Rayonun Yuxaru Nüvədi kənd sakini, 1995-ci il təvəllüdlü Seyfullayev Məqsəd Abuzər oğlu evlərinin yaxınlığındaki meşədən odun qırarkən ağacdan yıxılıb. Lənkəran rayonlararası Məhkəmə Ekspertiza və Pataloji Anatomiya zona mərkəzinin rəisi Rafiq Əliyevin çərşənbə günü Trend ə verdiyi məlumata görə, mərhum ağır kəllə-bəyin travmasından dünyasını dəyişib.
Digər bədbəxt hadisə rayonun Vilvan kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlu Rəhimov Zamid Mərifət oğlu yaşadığı evin eyvanından müvazinətini itirərək başı üstə yerə düşüb. Rəhimov kəllə-beyin travmasından dünyasını dəyişib. Mərhumun epilepsiyalı xəstə olduğu bildirilir.
Lənkəran paytaxt Bakıdan 268 km. cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.