...

Sağlam uşaq xəstələnməlidir - ÜST

Maraqlı Materials 21 Oktyabr 2011 19:26 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ildə 6-8 dəfə kəskin respirator virus infeksiyası və qrip kimi xəstəliklərə yoluxan məktəb yaşına çatmamış uşaqları sağlam uşaq adlandırırlar.
Sağlam uşaq xəstələnməlidir - ÜST

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ildə 6-8 dəfə kəskin respirator virus infeksiyası və qrip kimi xəstəliklərə yoluxan məktəb yaşına çatmamış uşaqları sağlam uşaq adlandırırlar. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.

Mütəxəssislər hesab edirlər ki, bu, onların immunitetinin normal inkişafının əlamətidir.

Uşaq virus və bakteriyaların yaşadığı dünya ilə tanış olur. Tibb işçiləri iddia edirlər ki, əgər immunitet düzgün inkişaf edirsə, buna xəstələnməklə reaksiya verəcək.

Xəstələnməyən uşaqlar zəif immunitetə malikdirlər və zökəm əvəzinə tezliklə daha ağır xəstəlik qazanacaqları ilə risk edirlər.

Hər payız uşaqlar arasında xəstələnmə halları mütləq artır. Həkimlər tövsiyə edirlər ki, valideynlərin uşaqları gigiyenaya alışdırmaları vacibdir.

Xəbər lenti

Xəbər lenti