...

Dünyanın ən böyük "Quran" nüsxəsi Tatarıstana gətirilib

Maraqlı Materials 17 Noyabr 2011 20:52 (UTC +04:00)
Dünyanın ən böyük "Qurani-Kərim" nüsxəsi bu gün Rusiya Federasiyasının Tatarıstan Respublikasına gətirilib.
Dünyanın ən böyük "Quran" nüsxəsi Tatarıstana gətirilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Dünyanın ən böyük "Qurani-Kərim" nüsxəsi bu gün Rusiya Federasiyasının Tatarıstan Respublikasına gətirilib. Bu barədə Trend cümə axşamı "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumatda deyilir ki, İtaliyanın "Reverra" şirkəti tərəfindən hazırlanan 800 kiloqram ağırlığındakı "Quran" Tatarıstanın paytaxtı Kazan şəhərindəki Qul Şərif məscidində sərgilənib.

Mərasim zamanı Tatarıstanın eks-prezidenti və indiki dövlət müşaviri Mintimer Şaymiyev, Baş nazir İldar Halikov və digər rəsmi şəxslər iştirak ediblər.

Tatarıstan Mədəni və Tarixi Əsərləri Canlandırma Fondunun sifarişi ilə hazırlanan "Qurani-Kərim"in uzunluğu 2 metr, səhifələrinin sayı isə 632-dir.

Xəbər lenti

Xəbər lenti