...

Bolqarıstanda dairə prokuroru öz məşuqəsini dinləmə aparatı ilə izləyib

Maraqlı Materials 18 Noyabr 2011 15:52 (UTC +04:00)
Bolqarıstanın baş prokuroru Boris Velçev öz məşuqəsini izləmək üçün dinləmə aparatından istifadə edən Xaskovo dairə prokuroru İvan Vançevin işdən qovulması ilə bağlı təklif irəli sürüb.
Bolqarıstanda dairə prokuroru öz məşuqəsini dinləmə aparatı ilə izləyib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Bolqarıstanın baş prokuroru Boris Velçev öz məşuqəsini izləmək üçün dinləmə aparatından istifadə edən Xaskovo dairə prokuroru İvan Vançevin işdən qovulması ilə bağlı təklif irəli sürüb. Trend-in məlumatına görə, bu barədə ölkənin "Praven svyat" nəşri xəbər verib.

Bolqarıstanın baş prokuroru Vançevin məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirdiyini qeyd edir. Qəzetin mənbələrinin məlumatına görə, bu yaxınlarda Xaskovoda dairə prokurorluğunda yoxlama aparılıb və onun işində kobud pozuntular aşkar edilib. Bazar ertəsi İvan Vançev izahat vermək üçün Sofiyaya dəvət edilib.

Xaskovo məhkəməsinin işçiləri iddia edirlər ki, İvan Vançev yerli hakimlə cinsi əlaqəyə malikdir. Həmin qadın bu yaxınlarda Xaskovo dairə məhəkəməsinin rəhbəri postuna namizəd olub. Yerli prokuror onu hamıya qısqanıb və ona görə dinləmə aparatından istifadə edib. Beləliklə də, o, qadının yüksək rütbəli məhkəmə işçiləri və siyasətçilərlə bütün danışıqlarına qulaq asıb.

Yaxın vaxtlarda Bolqarıstanın Ali Məhkəmə Şurasının İvan Vançevlə bağlı hökm çıxaracağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti