...

Döş vəzisi xərçənginin müalicəsinin yeni üsulu tapılıb

Maraqlı Materials 22 Noyabr 2011 13:25 (UTC +04:00)
Yaxın vaxtlarda xərçəng hüceyrələrini bir neçə dəqiqə ərzində sadəcə olaraq, "bişirməklə" döş vəzisi xərçəngindən xilas olmaq mümkünləşəcək.
Döş vəzisi xərçənginin müalicəsinin yeni üsulu tapılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Yaxın vaxtlarda xərçəng hüceyrələrini bir neçə dəqiqə ərzində sadəcə olaraq, "bişirməklə" döş vəzisi xərçəngindən xilas olmaq mümkünləşəcək. Alimlər şişlərin 70-90 dərəcə Selsidə qızdırılması üçün elektrik cərəyanından istifadəni təklif edən yeni metod kəşf etdiklərini bəyan ediblər. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" yazır.

Karolina İnstitundan olan həkimlərin 80 pasiyentin iştirakı ilə apardığı tədqiqat sübut edib ki, "Preferensial radiotezlik ablyasiyası" adını almış bu metod yerli anesteziyadan istifadə etməklə on dəqiqə ərzində xərçəngi öldürməyə imkan verir. Prosedurdan sonra isə pasiyent sakitcə öz işinə qayıda bilər.

Doktor Karin Leyflendin fikrincə, bu texnologiya döş xərçənginin ilkin mərhələsində qadınlar üçün əməliyyatın tam alternativi ola bilmək üçün bütün şanslara malikdir. Bu üsuldan böyrək, qaraciyər və sümük xərçənginin müalicəsində artıq istifadə olunur. Mütəxəssisin qeyd etdiyi kimi, proses yumurtanın bişirilməsini xatırladır. Qızdırılma nazik elekterodun birbaşa şişə yeridilməsi yolu ilə həyata keçirilir.

Belə ki, şiş o qərəcədə qızdırılır ki, xərçəng hüceyrələri məhv olur, şişin ətrafını əhatə edən toxuma isə toxunulmamış qalır. Bu texnologiya əsasən ölçüsü iki santimetrdən az və təkcə bir düyündən ibarət şişlərdə keçərlidir. Prosedurdan sonra pasiyenti nə çapıq, nə ağrı narahat etmir. Həm də bu prosedur əməliyyatdan daha ucuzdur.

Xəbər lenti

Xəbər lenti