...

Vyetnamlı xəstənin bədənində 90 kiloqramlıq şiş əmələ gəlib

Maraqlı Materials 5 Yanvar 2012 19:09 (UTC +04:00)
Bədənində 90 kiloqram ağırlığında şiş olan vyetnamlı xəstə əməliyyat ediləcək.
Vyetnamlı xəstənin bədənində 90 kiloqramlıq şiş əmələ gəlib

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Salmanov/

Bədənində 90 kiloqram ağırlığında şiş olan vyetnamlı xəstə əməliyyat ediləcək. 31 yaşlı Nuquyen Duy Hayın əməliyyat olunacağı Ho Çi Min-Ville xəstəxanasının rəhbəri Cerard Desviqnesin sözlərinə görə, əməliyyatın 8-10 saat davam edəcəyi gözlənilir. Bu barədə cümə axşamı Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Desviqnes bildirb ki, xəstənin həyatda qalma şansı təxminən 50 faizdir.

Məlumata əsasən, Hayın bədənində 4 yaşından etibarən böyüməyə başlayan şiş onun sağ ayağını tamamilə örtüb.
Vyetnamlı ilk dəfə 14 il əvvəl əməliyyat olunmasına baxmayaraq, şiş böyüməyə davam edib və diametri 1 metrə, ağırlığı isə 90 kiloqrama çatıb.

Xəbər lenti

Xəbər lenti