...

Alimlər prostat vəzinin xərçənginə tutulmuş pasiyentin qədim mumiyasını tapıblar

Maraqlı Materials 30 Yanvar 2012 15:20 (UTC +04:00)
Qahirədəki Amerika Universitetinin professoru Səlimə İkram bəyan edir ki, onun da daxil olduğu bir qrup mütəxəssis dünyada prostat vəzinin xərçəngi ilə bağlı ikinci ən qədim hadisəni qeydə almağa nail olublar.
Alimlər prostat vəzinin xərçənginə tutulmuş pasiyentin qədim mumiyasını tapıblar

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Qahirədəki Amerika Universitetinin professoru Səlimə İkram bəyan edir ki, onun da daxil olduğu bir qrup mütəxəssis dünyada prostat vəzinin xərçəngi ilə bağlı ikinci ən qədim hadisəni qeydə almağa nail olublar. Xərçəngin izləri yaşı 2200 il olan mumiyada aşkar edilib.

Trend-in bazar ertəsi "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, alimlər prostat vəzinin xərçəngi ilə bağlı ən qədim hadisəni Rusiya çarının 2700 illik skeletinə aid edirlər.

Sirr deyil ki, qədim dövrlərdə həyat şəraiti indikindən əsaslı şəkildə fərqlənirdi. O zaman sənaye çirklənməsi, şəkli dəyişdirilmiş məhsullar yox idi. Mumiyalarda xərçəngin aşkar edilməsi ondan xəbər verir ki, prostat vəzinin xərçəngi alimlərin bir çox illər ərzində əmin olduqları ətraf mühit amillərinə deyil, genetik məzmuna malikdir.

İkram əmindir ki, genetik təsir tam həcmdə dərk edilərsə, xəstəliyə qalib gəlmək mümkün olar. Həmçinin bildirilir ki, tədqiqatçıların öyrəndikləri mumiya 40 yaşlı kişiyə məxsusdur.

Prostat vəzinin xərçəngi xəstəliyinə gəldikdə, hazırda bu göstərici 2-4 faiz təşkil edir. Ümumilikdə isə hesab edilir ki, xərçəngə mübtəla olanlarda prostat vəzinin xərçəngindən ölən kişilərin payı 10 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti