...

Poçt göyərçini 328 min dollara satıldı

Maraqlı Materials 6 Fevral 2012 15:56 (UTC +04:00)
Belçikada poçt göyərçinlərinin satışa çıxarıldığı hərraclar keçirilib.
Poçt göyərçini 328 min dollara satıldı

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir X.Murtuzayeva/

Belçikada poçt göyərçinlərinin satışa çıxarıldığı hərraclar keçirilib. Quşlardan biri 328 min dollara satılıb. Bu barədə bazar ertəsi Тrend Rusiya KİV-ə saytına istinadən məlumat verir.

Beləliklə, poçt göyərçininə görə ödənilən qiymət üzrə dünya rekordu müəyyən olunub. Ümumilikdə hərraca 245 göyərçin çıxarılıb.

Quşu Çinin gəmiqayırma maqnatı Hu Çjen Yuy alıb. O, həmçinin Çinin cənubunda quş yarışları keçirən şirkətin rəhbərlik edir. Yarışlarda təyin olunan yerə başqalarından tez çatan quş qalib gəlir.

Göyərçin yarışları Avropanın bir sıra ölkələrində - Böyük Britaniya, Belçika, Niderland və Almaniyada da keçirilir.

Xəbər lenti

Xəbər lenti