...

Üç valideynli uşağın doğulma metodu yaradılıb

Maraqlı Materials 15 Fevral 2012 17:15 (UTC +04:00)
Üç valideynli uşağın doğulma metodu yaradılıb.
Üç valideynli uşağın doğulma metodu yaradılıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir X.Murtuzayeva/

Üç valideynli uşağın doğulma metodu yaradılıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, britaniyalı alimlərin unikal metodu üç insanın genetik materialı əsasında süni mayalanma imkanı yaradır.

Böyük Britaniyanın elm naziri Devid Uilletsin verdiyi məlumata görə, bu tədqiqatın əsas məqsədi yeni doğulmuş uşağın müalicəsi hələ də tapılmayan genetik xəstəlikdən azad edilməsidir.

Süni mayalanmanın yeni texnologiyası əsasında ananın yumurtalığından götürülən DNT-nin sağlam hissəsi donorun yumurtalığına yerləşdirilir. Beləliklə, bu qəliz əməliyyat üçün 2 qadın və 1 kişi lazımdır.

Ekspertlər artıq indidən "hibrit uşağ"ın doğulmasından sonra etik və hüquqi problemlərin yaranmasını ehtimal edirlər. Ancaq Devid Uillets əmindir ki, bu, insan həyatının qurulması istiqamətində vacib addımdır və bu yolla yaxın 1-2 ilə irsi xəstəliklərdən azad olmuş körpənin doğulması mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti