...

Soğan qabığı bahalı bioloji aktiv əlavələri əvəz edəcək

Maraqlı Materials 3 Mart 2012 15:15 (UTC +04:00)
Növbəti dəfə soğan təmizləməyə hazırlaşarkən onun qabığını atmağa tələsməyin. Alimlərin apardıqları tədqiqatlar göstərib ki, soğan qabığı əslində insan üçün faydalı olan çoxlu sayda birləşmələrdən ibarətdir.
Soğan qabığı bahalı bioloji aktiv əlavələri əvəz edəcək

Azərbaycan, Bakı, 3 mart / Trend/

Növbəti dəfə soğan təmizləməyə hazırlaşarkən onun qabığını atmağa tələsməyin. Alimlərin apardıqları tədqiqatlar göstərib ki, soğan qabığı əslində insan üçün faydalı olan çoxlu sayda birləşmələrdən ibarətdir. Araşdırmanın nəticələri "Plant Foods for Human Nutrition" jurnalında dərc olunub. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti xəbər verir.

Beləliklə, əldə olunan məlumata görə, qabıqda və qabığın qəhvəyi rəngli xarici layında çoxlu sayda sellüloz və flavanoidlər mövcuddur. Soğanın baş hissəsində yerləşən və adətən kəsilən qalın qabıq isə sulfid birləşmələri və fruktoza polimerləri ilə zəngindir.

Madrid Universitetinin Kənd təsərrüfatı kimyası kafedrasının əməkdaşı xanım Vanessa Benitezin sözlərinə görə, Krenfild Universitetinin alimləri ilə əməkdaşlıq zamanı onlar bir sıra laboratoriya sınaqları aparıblar və bu zaman soğandakı faydalı maddələri və onun hər bir hissəsindən istifadənin mümkünlüyünü aşkara çıxara biliblər.

Alimlər bu tərəvəzin qəhvəyi qabığından kversetin və başqa flavonoid tipli sellülozla və fenol birləşmələri ilə zəngin qida məhsullarının funksional tərkib hissəsi kimi istifadə etməyi məsləhət görürlər. Soğanın iki sıx xarici layından sellüzloz və flavonoid alınması üçün istifadə etmək olar. Məlumdur ki, sellüloz ürək-damar xəstəlikləri riskini azaldır, həzmlə bağlı problemləri, bağırsaq xərçəngi, 2-ci tip diabetin və piylənmənin qarşısını alır. Fenol birləşmələri isə kanserogen proseslərdən qoruyur.

Xəbər lenti

Xəbər lenti