...

Qocalmanın qarşısını almaq mümkündür

Maraqlı Materials 9 Aprel 2012 20:14 (UTC +04:00)
30 yaş insan üçün mühüm mərhələdir. RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin profilaktik təbabət üzrə baş mütəxəssisi, Dövlət Profilaktik Təbabət ETM-nin direktoru Sergey Boytsov belə hesab edir.
Qocalmanın qarşısını almaq mümkündür

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir X.Murtuzayeva/

30 yaş insan üçün mühüm mərhələdir. RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin profilaktik təbabət üzrə baş mütəxəssisi, Dövlət Profilaktik Təbabət ETM-nin direktoru Sergey Boytsov belə hesab edir.

Onun fikrincə, bu sərhədi ötən insanların qocalma və yaş dəyişiklikləri ilə bağlı xəstəliklərin profilaktikası ilə güclü şəkildə məşğul olmaları vacibdir. Bu barədə Trend RİA Novosti-yə istinadən yazır.

"Sağlamlıq təbiətin sənə havayı bəxş etdiyi nemətdir. Lakin bir hədiyyənin ehtiyatı 30 yaşdır. Bundan sonra isə işləmək lazımdır. Əgər riskin davranış amillərinə təsir edilərsə, özünü həyatı qısaldan xəstəliklərdən qorumaq olar. Onlara qan dövranı sistemi xəstəlikləri, onkologiya, şəkərli diabet aiddir", - Boytsov deyir.

Ekspert davranış amillərini düzgün olmayan, həddindən artıq qidalanma, siqaret çəkmə, fiziki aktivliyin olmaması ilə əlaqələndirir. Boytsov qeyd edir ki, yəni insan 25 yaşınadək nə qədər istəyirsə, o qədər də yeyir. Doğrudur, bu əvvəlcədən köklüyə meyilli olanlara aid deyil. Amma artıq 30 yaşdan sonra boylu-buxunlu insanların kökəlməyə başladıqları müşahidə olunur.

Araşdırmalara görə, bir çoxları 50 yaşında 18 yaxud 30 yaşındakı qidalanma rejimini saxlayır. Lakin bu zaman artıq orqanizmin xeyli az qida tələb etdiyi nəzərə alınmır. Nəticədə isə karbohidratlar və yağlar artıq kiloqramlara çevrilir. Qarın nahiyəsinin daxildən qidalanması isə ayrıca məsələdir. Ona görə də insanların əksəriyyətində qan təzyiqi artır, ateroskleroz və şəkərli diabet inkişaf edir.

Xəbər lenti

Xəbər lenti