...

200 kiloluq qadın bomba kimi partladı

Maraqlı Materials 8 İyun 2012 11:53 (UTC +04:00)
Avstraliyada vəfat etmiş 200 kiloluq qadının krematoridə yandırılması zamanı dəhşətli anlar yaşanıb.
200 kiloluq qadın bomba kimi partladı

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Avstriyada vəfat etmiş 200 kiloluq qadının krematoridə yandırılması zamanı dəhşətli anlar yaşanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti xəbər verir.

Grats şəhərində vəfat edən bu qadın öldükdən sonra yandırılmasını vəsiyyət edib. Qaydalara uyğun olaraq, yandırılmaq istəyən qadının cənazəsi krematoriyə gətirilib.

Yandırılma prosesi zamanı sobada istilik 300 dərəcə Selsiyə çatdırılıb. Bu zaman bütün bina qara tüstü dumanına bürünüb. Bundan sonra sobada ardıcıl olaraq partlayışlar baş verib. Belə ki, yanğına səbəb qadının bədənində həddindən artıq yağ olması olub. Krematorinin əməkdaşları bir anın içində alovla əhatə olunublar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını çətinliklə alıblar.

Bu hadisə krematoridə yandırılma zamanı bəzi qaydaların tətbiq edilməsi ilə bağlı müzakirələrə yol açıb. Belə ki, belə hadisələrin bir daha baş verməməsi üçün əməkdaşlar bir sıra tədbirlərin görülməsini istəyirlər.

Xəbər lenti

Xəbər lenti