...

120 deputatdan şok qərar

Maraqlı Materials 22 İyun 2012 17:47 (UTC +04:00)
Zimbabvedə (Afrika) 120 deputat sünnət ediləcək.
120 deputatdan şok qərar

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Zimbabvedə (Afrika) 120 deputat sünnət ediləcək.

Trend cümə axşamı BBC-yə istinadən məlumat verir ki, Zimbabve parlamentinin üzvləri ölkədə tüğyan edən HİV virusu və QİÇS-ə qarşı mübarizə ilə bağlı kampaniyaya qoşularaq bu qərarı veriblər.

Deputatlar paytaxt Hararedəki klinikada əməliyyat olunacaqlar.

Zimbabveli deputatlar bu addımı digər vətəndaşlara nümunə olmaq üçün atdıqlarını bildiriblər.

Məlumatda qeyd olunur ki, deputatların başladığı kampaniyaya ölkə prezident də daxil olmaqla, hakimiyyətinin bəzi üzvlərinin də qatılacağı ehtimal olunur.

Qeyd edək ki, BMT-nin apardığı araşdırmaların nəticəsində HİV virusuna yoluxma hallarına sünnət edilmiş kişilərdə daha az təsadüf edildiyi məlum olub. Zimbabvedə bir milyondan artıq insan HİV virusunun daşıyıcısıdır və 500 minə yaxın insan virus əleyhinə müalicə qəbul edir.

Xəbər lenti

Xəbər lenti