...

ABŞ dünyanın ən böyük bombasını istehsal edib

Maraqlı Materials 27 İyul 2012 20:07 (UTC +04:00)
ABŞ-ın Hərbi Hava Qüvvələri komandanı Maykl Donli dünyanın ən böyük konvensional (adi) bombasını istehsal etdiklərini açıqlayıb.
ABŞ dünyanın ən böyük bombasını istehsal edib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Salmanov/

ABŞ-ın Hərbi Hava Qüvvələri komandanı Maykl Donli dünyanın ən böyük konvensional (adi) bombasını istehsal etdiklərini açıqlayıb. Bu barədə Trend cümə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Onun sözlərinə görə, dərin sığınacaqları deşmək məqsədilə istehsal edilən bomba istifadəyə hazırdır.

İstehsal mərhələsinədək silahın hazırlanmasına 330 milyon dollar xərclənib. MOP (Massive Ordnance Penetrator) adlı bomba yerin 70 metr dərinliyinə daxil olaraq partlayır.

Əvvəlki oxşarlarından altı dəfə ağır olan bomba 2 ton partlayıcı daşıyır.

Xəbər lenti

Xəbər lenti