...

Əli-qolu bağlı gürcü Dardanel boğazını qət edib

Maraqlı Materials 1 Sentyabr 2012 16:56 (UTC +04:00)
17 yaşlı gürcü məktəbli Ani Lominadze əli-qolu bağlı şəkildə üzərək Dardanel boğazını keçib.
Əli-qolu bağlı gürcü Dardanel boğazını qət edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Salmanov/

17 yaşlı gürcü məktəbli Ani Lominadze əli-qolu bağlı şəkildə üzərək Dardanel boğazını keçib. Bu barədə Trend şənbə günü Rusiya mətbuatına istinadən məlumat verir.

Lominadze 5,5 kilometr məsafəni 50 dəqiqəyə qət edib. O, Eceabat şəhəri ərazisindən üzərək Çanaqqalaya çatıb.

Gürcü məktəbli boğazı keçərkən gürcü hərbi üzmə üsulu olan "kolxuri"dən istifadə edib. Bu üslub suda çanaq sümüyü və ayağın köməyi ilə hərəkəti nəzərdə tutur. Bu zaman üzgüçünün əli bədənə bağlı olmalı, ayaqlar isə bağlanmalıdır.

Xəbər lenti

Xəbər lenti