...

Bruney Sultanının qızı adi məmurla evlənib

Maraqlı Materials 24 Sentyabr 2012 10:48 (UTC +04:00)
Cənub-Şərqi Asiya ölkəsi Bruneydə dünyanın ən zəngin adamlarından olan Sultan Hassanal Bolkiahın qızı Hajah Hafiza Sururul Bolkiahın toy mərasimi davam edir.
Bruney Sultanının qızı adi məmurla evlənib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Cənub-Şərqi Asiya ölkəsi Bruneydə dünyanın ən zəngin adamlarından olan Sultan Hassanal Bolkiahın qızı Hajah Hafiza Sururul Bolkiahın toy mərasimi davam edir. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Qeyd edəki ki, ötən cümə axşamı şahzadə Sururul Bolkia özündən üç yaş kiçik olan və ölkə hökumətində məmur vəzifəsində çalışan 29 yaşlı Pengiran Hacı Məhəmməd Ruzaini ilə evlənmişdi. Dünən isə cütlük 1700 nəfərlik möhtəşəm sarayda ənənəvi mərasim zamanı kral ailəsinin qarşısına çıxıb. Tailandın Baş naziri Yinqlak Çinavata, Filippin Prezidenti Beniqno Akino və Kambocanın Baş naziri Hun Senin də qatıldığı mərasimdə Sultan kürəkənin əlini gəlinin başına qoyaraq cütlüyün evliliyinə xeyir-dua verib. Məmur kürəkənə mərasimdə "Sultan həzrətlərinin oğlu" mənasını verən "Yanq Amat Mulia Penqiran Anak" titulu verilib. 20 dəqiqə davam edən mərasim din xadimlərinin dualarından sonra başa çatıb.

Xatırladaq ki, 600 ildən bəri Bruneyi idarə edən kral ailəsinin üzvü olan Hassanal Bolkia ölkənin neft ehtiyatları sayəsində 20 milyard dollarlıq sərvətə malikdir.

Bir həftə davam edən toy mərasiminin 20 milyon dollara başa gəldiyi ehtimal edilir. Şahzadə Hafiza Sultanla kraliça Salihanın beşinci uşağıdır.

Xəbər lenti

Xəbər lenti