Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbir X.Murtuzayeva/
28 yaşlı suriyalı Məryəm Diyap Türkiyənin Hatay vilayətinə gəlmək üçün Suriya sərhədini keçərkən üçəm oğlan uşaqları dünyaya gətirib. Qadın körpələrinə Rəcəb, Tayyib və Ərdoğan adlarını verib. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Üçəmlərin ilk övladları olduğunu deyən ailə başçısı Mahmud Yasin Diyap Suriyanın İdlib şəhərində yaşadıqlarını, hər gün şəhərdə atışma olduğunu bildirib. O deyib ki, arvadının doğum vaxtı yaxınlaşanda Türkiyəyə gəlməyi qərara alıblar. Ancaq qadının sərhəddə sancıları tutduğuna görə Türkiyənin Atma qəsəbəsindəki xəstəxanaya yerləşdirilib.
Ana Məryəm Diyap Türkiyənin suriyalılara verdiği dəstəyə görə təşəkkür etmək üçün uşaqlarına Baş nazir Rəcəb Tayyib Ərdoğanın adını verməyi qərara aldıqlarını bildirib.