...

Çində qadınlar da hərbi xidmət keçəcəklər

Maraqlı Materials 30 Mart 2013 17:29 (UTC +04:00)
Bundan sonra Çin ordusunda qadın əsgərlər də olacaq. Trend-in şənbə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, çinli qadınlar hərbi əməliyyatlarda da iştirak edə biləcəklər.
Çində qadınlar da hərbi xidmət keçəcəklər

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bundan sonra Çin ordusunda qadın əsgərlər də olacaq. Trend-in şənbə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, çinli qadınlar hərbi əməliyyatlarda da iştirak edə biləcəklər.

Çinli qadınlar hərbi xidmətdə 3 sahə üzrə təlim keçəcəklər. Bunlar fiziki və əsas təlimlə yanaşı, müvafiq sahəyə aid xüsusi bacarıq təlimləridir.

Təlimlərdə yüngül silah atıcılığı, çevik hücum, paraşütlə tullanma və döyüş bacarıqları öyrədiləcək. Qadınlar, həmçinin pilot kimi xidmət edəcəklər. Onların bacarıqlarından raket və taktiki əməliyyatlarda istifadə olunacaq.

Qeyd edək ki, daha əvvəl çinli qadınlar orduda yalnız rabitə, mədəniyyət və tibb sahəsində çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti