Azərbaycan, Bakı, 5 may /Trend/
Səudiyyə Ərəbistanında özəl qız məktəblərində təhsil alan şagirdlərin idmanla məşğul olmalarına icazə verilib.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Milli Təhsil Nazirliyi tərəfindən verilən tapşırıqda özəl qız məktəblərində idmandan dərs deyəcək müəllimlərin hazırlanmasının və şagirdlərin idmanla yalnız müvafiq geyimlərlə məşğul olmasının vacibliyi bildirilir.