...

BMT-nin baş katibi hansı maşını sürür? (FOTO)

Maraqlı Materials 6 May 2013 10:58 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Hyundai-da gəzir.
BMT-nin baş katibi hansı maşını sürür?  (FOTO)

Azərbaycan, Bakı, 6 may / Trend /

BMT-nin baş katibi Pan Gi Mun Hyundai-da gəzir.

Görünür, Cənubi Koreya avtomobil brendi məşhur brendlərə açıq meydan oxumaqdan çəkinmir. Trend-in məlumatına görə, baş katib Almaniya hökumətinin hədiyyəsi olan gülləkeçirməz Mercedes-ini Hyundai Equus limuzini ilə əvəzləyib.

Koreya hökumətinin bu hədiyyəsi baş katibin ürəyincə olub. Avtomobili həyat yoldaşı xanım Yoo Soon-Taeklə birlikdə sınaqdan keçirən baş katib özü sükan arxasına keçib.

Hyundai dünyanın avtomobil nəhənglərindən biri sayılır. Brend 17 ildir ki, Azərbaycanda təqdim olunur. Ən çox tələb olunan markalardan biri sayılan brendin yüksək servisini, korporativ standartları və dəyərlərini "Auto Azərbaycan" şirkəti təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti