...

"Biq Ben" saatının əqrəblərini geri çəkməyə 5 saat vaxt sərf olunub

Maraqlı Materials 28 Oktyabr 2013 20:30 (UTC +04:00)
İngiltərənin "Biq Ben" qülləsindəki saatının əqrəblərini qış vaxtına keçidlə əlaqədar 1 saat geri çəkməyə 5 saat vaxt sərf olunub.
"Biq Ben" saatının əqrəblərini geri çəkməyə 5 saat vaxt sərf olunub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

İngiltərənin "Biq Ben" qülləsindəki saatının əqrəblərini qış vaxtına keçidlə əlaqədar 1 saat geri çəkməyə 5 saat vaxt sərf olunub.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Londonun rəmzlərindən biri olan "Biq Ben" saatının əqrəblərini 1 saat irəli çəkmək də bu qədər vaxt aparır.

Saatın mexanizmi köhnə olduğuna görə bu proses əziyyətli işə çevrilib.

Britaniya parlamentinin binasındakı 2 min saatı tənzimləməyə isə 2 gün vaxt gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti