...

İnək Gəncənin avtomobil bazarını bir-birinə qatıb

Maraqlı Materials 19 Yanvar 2014 14:04 (UTC +04:00)
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum edib.
İnək Gəncənin avtomobil bazarını bir-birinə qatıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bu gün Gəncənin avtomobil bazarında qəribə hadisə yaşanıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum edib. Satıcı və alıcılar təşvişə düşərək, ərazidən qaçmağa başlayıblar. İribuynuzlu heyvan 5 avtomobilə zərər vurub.

Bazara polis, Baytarlıq İdarəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Heyvanı zərərsizləşdirmək mümkün olub.

İnəyin kimə məxsus olduğu və əraziyə necə gəldiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti