...

"Kompüter-qayış" insanlarla itləri bir-birinə daha da yaxınlaşdıracaq

Maraqlı Materials 31 Oktyabr 2014 15:21 (UTC +04:00)
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri kompüterin köməyi ilə insan və it arasında qarşılıqlı anlaşma və qarşılıqlı təsiri yaxşılaşdırmağa çalışıblar.
"Kompüter-qayış" insanlarla itləri bir-birinə daha da yaxınlaşdıracaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri kompüterin köməyi ilə insan və it arasında qarşılıqlı anlaşma və qarşılıqlı təsiri yaxşılaşdırmağa çalışıblar. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Bu məqsədlə onlar kompüter platformasının qüvvədə olan modelini yaradıblar. Onların sözlərinə görə, bu, insana və heyvana hətta bir-birilərini görmədən, uzaqdan ünsiyyət qurmağa kömək edəcək.

Bu platforma müxtəlif tənzimləyicilərlə itin döş qayışı formasında hazırlanıb. Onun köməyi ilə insan daim itinin nə etdiyini biləcək.

Alimlərin sözlərinə görə, qurğu itin nəbzi və bədən temperaturundan fiziki, hətta stress və ya sevincli olma əlamətlərinə qədər emosional vəziyyətini müşahidə etməyə imkan verir. Öz növbəsində, itin bələdçisi döş qayışına quraşdırılıb keçirilmiş dinamiklərin və vibratorların köməyi ilə siqnal və komandalar verə bilər.

Bu sistemi yaradanlar hesab edirlər ki, qurğu özünə müxtəlif profilli xidmət itlərinin təlimindən ev itlərinin tərbiyəsinə qədər ən müxtəlif tətbiq sahələri tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti