...

300 milyon dollarlıq rəsm (FOTO)

Maraqlı Materials 6 Fevral 2015 19:45 (UTC +04:00)
Məşhur fransız rəssam Pol Qogenin "Nafea Faa Ipoipo" adlı rəsm əsəri təqribən 300 milyon dollara satılıb.
300 milyon dollarlıq rəsm (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Məftun Salmanov/

Məşhur fransız rəssam Pol Qogenin "Nafea Faa Ipoipo" adlı rəsm əsəri təqribən 300 milyon dollara satılıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, dünyada indiyə qədər satılmış ən bahalı rəsm əsəri hesab edilir.

Rəsmin keçmiş sahibi isveçrəli kolleksiyaçı Rudolf Ştexelin satış faktını təsdiqləyib. Bundan sonra P.Qogenin əl işi Qətərin muzeylərinə məxsus olacaq.

1892-ci ildə çəkilmiş rəsm əsəri hazırda Bazel muzeyindədir. O, Madrid və Vaşinqtonda sərgiləndikdən sonra 2016-cı ildə yeni sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, bunadək ən bahalı rəsm əsəri Pol Sezanın "Kart oyunçuları" olub. Onu 2012-ci ildə Qətər Milli Muzeyi üçün 250 milyon dollara satın almışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti