...

İnək kəsənlərə 5 il həbs cəzası

Maraqlı Materials 30 Mart 2015 21:30 (UTC +04:00)
Hindistanda inək kəsən 3 nəfər saxlanılıb.
İnək kəsənlərə 5 il həbs cəzası

Azərbaycan, Bakı, 30 mart /Trend/

Hindistanda inək kəsən 3 nəfər saxlanılıb. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər 5 il müddətinə həbs edilə bilərlər.

Belə ki, hadisənin baş verdiyi Maharaştra ştatında martın 4-dən inək əti satan və ya ətlə tutulanlar həbs edilə, yaxud cərimələnə bilər.

Qeyd edək ki, əhalisinin sayı 1,2 milyard olan Hindistanda inəklər müqəddəs hesab olunur. Maharaştrada inək, buzov, buğa öldürmək qadağan edilib.

Qadağadan sonra ştatdakı bütün sallaqxanalar bağlanıb. Qadağa yerli müsəlman əhali tərəfindən narazılıqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti