Azərbaycan, Bakı, 9 aprel /Trend/
"YouTube" video şəbəkəsində Natan Dailo adlı istifadəçinin paylaşdığı "Körpənizi bir dəqiqəyə necə yatızdırarsınız?" adlı videosu qısa müddət ərzində xeyli populyarlaşıb.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, N.Dailo və həyat yoldaşı 3 aylıq körpələrini yatırtmaq üçün fərqli üsula əl atıblar.
Onlar bu məqsədlə kağız dəsmaldan istifadə edərək körpənin 1 dəqiqədən də tez yuxuya getməsinə nail olublar.