Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
Sentyabrın 14-də Rusiyanın Baş naziri Dmitri Medvedev ad gününü qeyd edir.
Bu il hökumət başçısının 50 yaşı tamam olur.
D.Medvedev artıq neçə ildir ki, xalqla internet vasitəsilə əlaqə saxlayır; onun bütün populyar sosial şəbəkələrdə səhifəsi var.
Lakin Baş nazirin daha çox "Instagram"dakı səhifəsi bəyənilir. Onun 1 milyon 600 min abunəçisi var. Buna səbəb D.Medvedevin həvəskar fotoqraf olmasıdır.
Trend "Lenta.ru" saytına istinadən Baş nazirin bəzi foto işlərini təqdim edir.