Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
İri boşqablar və fincanlar təqdim edilən yemək və içkinin bizdə həddən artıq kiçik olması təsəvvürü yaradır.
Trend-in məlumatına əsasən, ABŞ alimlərinin fikrincə, bu amil insanları həddən artıq yeməyə məcbur edir.
Onların sözlərinə görə, adətən çox yeməyin əsas səbəbi özünü idarəetmənin olmamasıdır. Yemək porsiyasının həcminin az olması çox yemək riskini azaldır.
İnsan psixologiyasının bu qeyri-adi tərəfinin aşkar edilməsi artıq çəki ilə asan yolla mübarizə aparmağa kömək edir.