...

Hindistanda turistlər üçün "qaynar xətt" açılıb

Maraqlı Materials 8 Fevral 2016 19:36
Hindistanda xarici turistlər üçün 12 dildə fəaliyyət göstərən xüsusi "qaynar xətt" açılıb.
Hindistanda turistlər üçün "qaynar xətt" açılıb

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Hindistanda xarici turistlər üçün 12 dildə fəaliyyət göstərən xüsusi "qaynar xətt" açılıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Turizm Nazirliyi məlumat yayıb.

Turistlər bu ölkədə səfərdə olarkən günün istənilən vaxtı "qaynar xətt"ə zəng vuraraq ingilis, ərəb, rus, fransız, italyan, çin, ispan, alman və digər dillərdə lazımi məlumat əldə edə bilərlər.

1800111363 və ya 1363 nömrələrinə zəng vurmaqla səfər haqqında düzgün məlumat almaq və ya hər hansı çətinliyə düşərkən kömək istəmək də mümkündür.

Nazirlik yaxın vaxtlarda xüsusi mobil proqramı istifadəyə verməyi də planlaşdırır. Turistlər "Incredible India" adlı proqram vasitəsilə Hindistan haqqında bütün məlumatları əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti