...

"Neon" lampalarını "diod" əvəzləyəcək

Maraqlı Materials 18 Fevral 2016 12:55 (UTC +04:00)
Son illər 75% enerjiyə qənaət edən və közərmə (spirallı) lampaları əvəz edən "neon" (rəngli) lampalarının dövrü artıq bitir.
"Neon" lampalarını "diod" əvəzləyəcək

Bakı. Elçin Hüseynov - Trend:

Son illər 75% enerjiyə qənaət edən və közərmə (spirallı) lampaları əvəz edən "neon" (rəngli) lampalarının dövrü artıq bitir. Trend National Geographic jurnalına istinadən xəbər verir ki, onları "diod" lampalar əvəz edəcək.

Məqalədə deyilir ki, mağaza piştaxtalarından "neon" lampalar azalmaqdadır. Məşhur General Electric şirkəti isə belə tipli lampaların istehsalını və ABŞ ərazisində satışların dayandırılmasına dair niyyətini fevralın əvvəllərində bəyan edib.

"Neon"un əvəzinə "diod" lampalar qəlir. ABŞ Elektrotexnika Avadanlıqları İstehsalcıları Milli Assosiasiyasının məlumatına əsasən, "neon" lampalarının 2016-cı ildə satışı 28 % azalıb, "diod"ların tədarükü 237 % artıb.

ABŞ Energetika Nazirliyi 2017-ci ildən başlayaraq enerjinin effektlivliyi üzrə yeni standartların tətbiqinə başlayacaq. "Neon" lampaları bu standartlara artıq uyğun deyil.

Energetika nazirliyinin hesablamalarına görə, eyni istifadə muddəti ərzində 1 "diod" lampası əvəzinə istehlakçı 25 "neon" lampa almaq məcburiyyətindədir. Bundan başqa, eyni istifadə muddəti ərzində "diod" lampaların enerji sərfiyyatı təxminən 6 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti