...

Gül dibçəyi ilə telefona enerji yükləmək olar (VİDEO)

Maraqlı Materials 22 Aprel 2016 14:15 (UTC +04:00)
"Arkyne Technologies" şirkəti ispaniyalı tələbələrin ərsəyə gətirdiyi "Bioo" adlı gül dibçəyini təqdim edib.
Gül dibçəyi ilə telefona enerji yükləmək olar (VİDEO)

Bakı. Elçin Hüseynov - Trend:

"Arkyne Technologies" şirkəti ispaniyalı tələbələrin ərsəyə gətirdiyi "Bioo" adlı gül dibçəyini təqdim edib. Dibçəyin qeyri-adiliyi ondadır ki, onunla smartfon və digər telefon qurğularını enerji ilə yükləmək olar.

Trend-in məlumatına görə, yeni ixtira haqqında videoçarx "YouTube" şəbəkəsində nümayiş etdirilib.

İxtiraya əsasən, dibçəkdə elektrik enerjisi fotosintez yolu ilə yaranır. Bir sutka ərzində bir dibçək 2-3 smartfonu enerji ilə tam doldurmaq iqtidarındadır.

"Bioo"nun ilkin satış qiyməti 99 avrodur.

Gələcəkdə ispan tələbələr ot və kolluqdan enerji çıxaran vasitələri təqdim etmək fikrindədirlər. Gənc alimlər hesab edirlər ki, 100 kv.m otluq və ya 15 kv.m kolluq bir kiçik evi elektrik enerjisi ilə təmin edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti