...

Rusiyada rəsmi şəxsləri qoruyacaq çamadan (FOTO)

Maraqlı Materials 6 May 2016 20:07 (UTC +04:00)
Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyasının mütəxəssisləri yüksək vəzifəli məmurları məxfi dinləmədən və terror təhdidindən qoruyan diplomat-cihaz icad ediblər.
Rusiyada rəsmi şəxsləri qoruyacaq çamadan (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyasının mütəxəssisləri yüksək vəzifəli məmurları məxfi dinləmədən və terror təhdidindən qoruyan diplomat-cihaz icad ediblər. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Keysa (diplomat çamadan) quraşdırılmış ötürücü asan daşınılır və kənar insanların diqqətini cəlb etmir. Cihaz GSM şəbəkəsi daxil, bütün diapazonlarda rabitə xətlərini bloklayır. Çamadan qapalı xarakterli iclas salonlarında "örtük" yaradaraq məxfi dinləmələrdən qorumaq iqtidarındadır.

Bundan başqa, avadanlıq bir neçə 10 metrlik məsafədə radiosiqnal vasitəsilə işə salınan partlayıcı qurğuların qarşısınıı alır.

Korporasiya mütəxəssisləri hesab edirlər ki, yeni icad rəsmi şəxslərin təhlükəsiz hərəkətini təmin etmək və kütləvi yığıncaq olan yerləri terrror aktlarından qorumaq üçün istifadə edilə billər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti