...

Doğru kimi qəbul edilən yanlış məlumatlar

Maraqlı Materials 13 Noyabr 2016 14:39 (UTC +04:00)
Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanır və bu məlumatlar tədricən doğru kimi qəbul edilir.
Doğru kimi qəbul edilən yanlış məlumatlar

Bakı. Trend:

Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanır və bu məlumatlar tədricən doğru kimi qəbul edilir.

Trend əksəriyyətin inandığı, lakin heç bir həqiqətə söykənməyən bəzi məlumatları təqdim edir:

- "Ağıllı telefon"ları bütün gecə elektrik cərəyanına qoşulmuş vəziyyətdə saxlamaq batareyaya zərərlidir".

- "Çin səddi kosmosdan adi gözlə görünür".

Halbuki Çin səddi kosmosdan görünə biləcək qədər böyük deyil. Kosmodan yalnız işıqlar aydın görünür.

- "Timsah bizi qovarsa, xilas olmaq üçün ziqzaq formasında qaçmaq lazımdır".
Timsahlar quruda nadir hallarda ov edir. Bir timsahın quruda maksimum sürəti saatda 15 km-dir.

- "İnsanlar beyinlərinin sadəcə 10 faizindən istifadə edirlər".

- "Buğaların qırmızı rəngdən xoşu gəlmir". Əslində isə buğaları matadorların hərəkətləri əsəbiləşdirir.

- "İldırım eyni yerə iki dəfə düşə bilməz".
İldırım eyni yerə dəfələrlə düşə bilər.

- "Özümüzü nasaz hiss edəndə C vitamini qəbul etsək xəstələnmərik".

- "Yanacaqdoldurma stansiyalarında mobil telefondan istifadə etmək təhlükəlidir".
Bu günə qədər YDM-lərdə mobil telefona görə hansısa partlayış və ya yanğın hadisəsi qeydə alınmayıb.

- "Suşi yaponca "çiy balıq" deməkdir".
Suşi yaponca “duzlu düyü" mənasını verir.

- "Milçəyin ömrü 24 saatdır".
Milçəklərin ömrü təxminən 1 aydır.

- "Günəş sistemində 9 planet var".
Günəş sistemində 8 planet var. Pluton planet xüsusiyyətlərinə malik olmadığı üçün 2006-cı ildən planet sayılmır.

- "Dovşanların daha çox kökdən xoşu gəlir".
Bu, sadəcə cizgi filmlərində belədir. Əslində dovşanlar daha çox göyərti yeməyi xoşlayır.

- Sezar salatının adı məşhur Roma imperatoru Yuli Sezarın adından götürülüb.
Bu salatı 1924-cü ildə Sezar Kardini adlı italyan aşpaz hazırlayıb. Salat da aşpaza görə belə adlandırılıb.

- SOS sözünün mənası gəmilərin fövqəladə vəziyyətlərdə göndərdiyi "Save Our Ship" sözlərinin baş hərfləridir. Yani "Gəmimizi xilas edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti