...

Putin yapon jurnalistlərə itini göstərdi (FOTO)

Maraqlı Materials 13 Dekabr 2016 14:23 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin müsahibə zamanı yapon jurnalistlərə "Yume" ləqəbli itini göstərib.
Putin yapon jurnalistlərə itini göstərdi (FOTO)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin müsahibə zamanı yapon jurnalistlərə "Yume" ləqəbli itini göstərib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Dövlət başçısı jurnalistlərə deyib ki, bu ciddi it sahibini həmişə müdafiə edir: "Mənə bildirdilər ki, siz "Yume"ni görmək istəyirsiniz. Buyurun, baxın. O, əla formadadır".

Qeyd edək ki, 2012-ci ildə Yaponiyanın Akita prefekturasının nümayəndələri Rusiyanın 2011-ci ilin martında sunami və zəlzələdən zərər çəkən Yaponiyanın şimal-şərq regionuna göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq V.Putinə akita-inu cinsindən olan "Yume" ("Arzu") ləqəbli küçüyü hədiyyə etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti