Bakı. Trend:
İtaliyanın Siciliya adasında Etna vulkanı püskürüb.
Trend-in məlumatına görə, püskürmə kiçik partlayışlarla müşayiət olunub.
Bununla belə, mütəxəssislər bu hadisənin təhlükə törətmədiyini bildirirlər.
Vulkanın yaxınlığında yerləşən Fontanarossa hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 3300 metr hündürlüyü olan Etna Avropanın ən hündür vulkanı hesab olunur.