Bakı. Trend:
Yaxın 10 il ərzində nadir qara kakadu Avstraliya meşələrindən tamamilə yoxa çıxa bilər.
Trend-in məlumatına görə, Avstraliya Milli Universitetinin bioloqları bu proqnozla çıxış edib.
Qeyd olunur ki, meşələrin qırılması, eləcə də torpaqların kənd təsərrüfatı məqsədləri ilə istifadəsi qara kakaduların sayının azalmasına gətirib çıxarır.
Hazırda bu quşlar Kvinslend ştatının şimalındakı ucqar nöqtələrdə və Keyp-York adasında yaşayır. Onların sayının 3 mindən çox olmadığı deyilir.