...

Evindən oğurluq edilən nazirin özünü həbs etdilər (FOTO)

Maraqlı Materials 25 İyul 2023 13:11 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qanada hökumət naziri evindən oğurluq edildiyi barədə polisə məlumat verməklə yəqin ki, düzgün etdiyini düşünüb. Lakin bu onun üçün gözlənilməz nəticələnib, belə ki, polis nazirin özünü həbs edib.

Trend xəbər verir ki, oğurluq üzrə ittiham aktına əsasən, Qananın hökumət naziri Sesiliya Abena Dapanın evindən külli miqdarda pul oğurlanıb.

Aktda bir milyon dollar, 300 min avro və 350 min Qana sedisi (30 min dollar) ilə pulun, ümumi dəyəri 35 min dollar olan çantaların və 95 min dollar dəyərində zinət əşyalarının oğurlandığı qeyd olunub.

Hərçınd 68 yaşlı nazir məhkəmə sənədində qeyd olunan rəqəmləri mübahisələndirsə də, açıqlanan faktlar Qanada bir çoxlarını hiddətləndirib.

Belə ki, son aylarda ölkə valyutası dəyərini sürətlə itirib, ölkə iqtisadiyyatına görə cavabdehlik daşıyanlar isə sedinin ucuzlaşmasında dollar yığanları günahlandırıb.

Xarici valyutanı ehtimalla hökumət nazirinin özünün yığması isə bir çoxlarını şoka salıb.

Nazir Sesiliya Abena Dapa son beş il ərzində tutduğu sanitariya və su resursları naziri postundan istefa verib. O bunu hökumətin işindən yayınmamaq üçün etdiyini bildirib. Xanım nazir istintaqın onun dürüst davrandığını göstərəcəyindən əmin olduğunu deyib.

Lakin onun bu sözləri hiddəti azaltmayıb. Ötən həftə o həbs olunub.

Qeyd edək ki, Sesiliya Abena Dapa istefa etməzdən əvvəl Qana hökumətindəki cəmi üç qadından biri idi.

Xəbər lenti

Xəbər lenti