...

NATO Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar məsələsi qaldırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /NATO Parlament Assambleyasının payız sessiyasında Ermənistanın işğal altında olan Azərbaycan ərazilərini yandırması, bu ərazilərdə olan mədəni, tarixi aidələrin və təbii resursların dağıdılması, mədəni irsin məhv edilməsi məsələləri qaldırılacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

"Bundan başqa, İran-Ermənistan münasibətləri, İran vətəndaşlarının Ermənistan ordusunda və Dağlıq Qarabağ separatçılarının yaratdıqları silahlı dəstələrdə xidmət etmələri məsələsini də gündəliyə gətirəcəyik", -deyə Novruzov bildirib.

Erməni Millət vəkili bildirib ki, sessiyada Ermənistanın silahlanması, Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılan silah və texnikanın Ermənistana daşınması məsələsi də qaldırılacaq.

"NATO Parlament Assambleyasının Demokratik İdarəçilik Alt Komitəsinin sədri Çətin Kazakın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır. Onlar Azərbaycandakı vəziyyətlə də tanış olduqdan sonra Cənubi Qafqazla bağlı məruzə hazırlayacaqlar. Əgər məruzənin hazırlanmasını başa çatdırsalar, NATO Parlament Assambleyasının payız sessiyasında müzakirə olunacaq. Belə olan halda isə, Azərbaycandakı bütün proseslər müzakirə obyekti olacaq".

Azərbaycan NATO Parlament Assambleyasının tam hüquqlu deyil, assosiativ üzvüdür. Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəhbərlik edir.

NAT Parlament Assambleyasının payız sessiyası oktyabrın 5-dən 9-dək İslandiyanın Reykyavik şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti