...

Millət vəkili: "Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini yandırması bütün Cənub-Şərqi Avropa üçün ekoloji fəlakət mənbəyidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2007 14:36 (UTC +04:00)
Millət vəkili: "Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini yandırması bütün Cənub-Şərqi Avropa üçün ekoloji fəlakət mənbəyidir"

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli, İ.Əlizadə/Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin yandırılması təkcə Cənubi Qafqaz bölgəsi deyil, eləcə də bütün Cənub-Şərqi Avropa üçün ekoloji fəlakət mənbəyidir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində geniş miqyaslı yanğınlarla baglı Avropa Şurası Nazirlər Komitəsinə təqdim etdiyi yazılı sorğuda belə deyilir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

AŞPA 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub. Eyni zamanda, münaqişənin həll olunmamış qalmasının ciddi təhlükələr törətdiyi vurğulanıb. AŞPA qəbul olunan qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt Komitə yaradıb.

"2007- ci ilin yay aylarında başlayan yanğınlar bu riski daha da artırır. Ermənistanın törətdiyi yanğınlar nəticəsində Azərbaycanın 40 min hektar ərazisi məhv edilib. Avropa Şurası Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsi dağıtmamağa, fauna və floranı məhv edən yanğınların dayandırılmasına məcbur etmək ücün hansı konkret və qətiyyətli tədbirlər görə bilər?" -deyə Paşayevanın AŞPA-da yayılan sorğusunda bildirilib.

Sorğuda 2006-ci ilin əvvəlində erməni silahlı qüvvələrinin və Dağlıq Qarabağ separatçılarının Azərbaycanın mədəni və dini irsinin məhvinə yönələn yanğınlar törətdiyi qeyd edilib və bunun  "bəşəriyyətə qarşi cinayət" olduğu vurğulanıb.

Eyni zamanda, yazılı sorğuda 132,2 km2 ərzailərdə yerləşən bir çox şəhərlərin və kəndlərin, əkin sahələrinin, mədəni və tarixi abidələrin, evlərin yandırıldığı və dəyən ziyanin milyon dollarla ölçülə biləcəyi əks olunub.

Xəbər lenti

Xəbər lenti