...

Avropa Şurasının baş katibi: "Ermənistan və Azərbaycanın prioriteti Dağlıq Qarabağ münaqişəsinin həlli olmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 16:14 (UTC +04:00)
Avropa Şurasının baş katibi: "Ermənistan və Azərbaycanın prioriteti Dağlıq Qarabağ münaqişəsinin həlli olmalıdır"

Avropa Şurasının Baş katibi Terri Devis bazar ertəsi İrəvanda bəyan edib ki, Ermənistan və Azərbaycanın xarici siyasət məsələlərində prioriteti Dağlıq Qarabağ münaqişəsinin həlli olmalıdır. "Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan və Azərbaycan üçün prioitet vəzifəyə çevrilməlidir. Avropa Şurası əvvəlcədən iki ölkənin tapşırığını dəqiqliklə formalaşdırıb: münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır və hər iki ölkə bu prinsiplə razılaşıb" - deyə Devis Ermənistanın XİN rəhbəri Vardan Oskanyanla birgə keçirdiyi mətbuat konfransında bildirib, "Novosti-Armeniya"nın verdiyi məlumatda belə deyilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Devis qeyd edib ki, həm Avropa Şurası, həm də özü münaqişənin həll olunmasında şəxsən maraqlıdır. O, həmçinin, xatırladıb ki,Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasının öhdəliklərindən deyil və münaqişənin həlli ATƏT-in Minsk qrupunun mandatına daxildir. "Bizim ATƏT-in Minsk qrupunun funksiyasını təkrarlamağımızın mənası yoxdur" - deyə Baş katib bildirib.

Xəbər lenti

Xəbər lenti