...

Ermənistanın XİN rəhbəri danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı vasitəçilərdən təkliflər gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2007 14:27 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün İrəvanda bəyan edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı təkliflər gözləyir.

Bu gün "Mediamaks"ın suallarını cavablandıran Oskanyan bildirib ki, vasitəçilər Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ayrı-ayrı görüşlərin keçirilməsi barədə təkliflər irəli sürürlər.

"Hesab edirəm ki, bu yaxınlarda regiona baş tutan səfərdən sonra vasitəçilər tərəflərdə narazılıq doğuran məsələlər barədə təsəvvürə malik oldular" - deyə Ermənistanın XİN rəhbəri bildirib və hazırda həmsədrlərin bu məsələlərin yenidən formalaşdırılması ilə bağlı iş apardıqlarını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti