...

Avropa Şurası Nazirlər Komitəsinin yeni rəhbəri Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2007 11:38 (UTC +04:00)

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli/ Slovakiyanın xarici işlər naziri yaxın vaxtlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etmək niyyətindədir. Bu barədə bu gün Slovakiyanın XİN başçısı Yan Kubiş məlumat verib.

"Birinci növbədə vəziyyətlə yaxşı tanış olmalıyam (Avropa Şurası ölkələrinin ərazisindəki münaqişələr zonasında). Buna görə ən qısa zamanda regiona baş çəkməyi planlaşdırıram" - deyə Kubiş Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Bazar ertəsi Strasburqda Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Serbiyadan Slovakiyaya verliməsi mərasimi baş tutub. Kubiş növbəti ildə bu ölkənin xarici siyasət idarəsinin rəhbəri kimi Nazirlər Komitəsinə rəhbərlik edəcək.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə ATƏT-in Minsk qrupu ilə bərabər, həmçinin BMT və Avropa Şurası da cəlb olunub. "Həmçinin mən də başqa təşkilatların, o cümlədən bu məsələ ilə məşğul olan təşkilatların səylərinə hörmətlə yanaşmalıyam" - deyə Kubiş bildirib.

Nazir konkret olaraq nə zaman regiona səfər edəcəyini müəyyənləşdirməyib.

Xəbər lenti

Xəbər lenti