...

Azərbaycanın ombudsmanı azərbaycanlı əsir və girov düşmüş vətəndaşlarla bağlı Qızıl Xaç komitəsinə müraciət edib (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan,Bakı müxbir / Trend KZərbalıyeva / Azərbaycanın ombudsmanı azərbaycanlı əsir və girov düşmüş vətəndaşlarla bağlı Qızıl Xaç cəmiyyətinə müraciət edib. Bu barədə bazar günü "Trendə" Elmira Suleymanova məlumat verib. Bir neçə gün oncə Ermənistan girovluğündan azadolunan Məsi Binnədov girovluqda ona işkəncə verildiyini, şərəf və ləyaqətinin təhqir olunduğu bildirmişdir. Ombudsman bildirib ki, azərbaycanlıəsir və girovlara işkəncə verilməsi narahatçılıq doğurur və Beynalxalq Qızıl Xaç komitəsindən həmin faktların araşdırılmasını tələb edəcək. BQXK-si bəyan edibki, Əsir və girovlara baş çəkilir və hamin şəxslərin saxlanması ilə problem yoxdur.

Lakin, girovluqdan qayıdan Məsi Binnədovun verdiyi məlumatlar BQXK verdiyi məlumatların həqiqətə uyğun olmadığını göstərir. Ombudsman deyib ki, müraciətdə əsir Samir Məmmədovun ailəsi ilə telefon əlaqəsi yaradılması, valideyinlərinin məktubu çatdırılması xahiş olunur. Ombudsmanın sözlərinə görə S.Məmmədovun ailəsinin məktublarını qəbul etməməsini əsas gətirərək BQXK nümayəndəsi əsirə ünvanlanan məktubları qəbul etməməsi yol verilməzdir. Suleymanova Məmmədovun ailəsi arasında telefon yaranması müsbət həll olunacağına ümid edir.

Samir Məmmədovun ötən ilin dekabrın sonunda qulluq etdiyi hərbi hissənin yaxınlığında Ermənistanın silahlı qüvvələri tərəfindən Əsir götürülüb. Ermənistan Samir Məmmədovun Azərbaycana qayıtmaq istəməməsi və ailəsindən gələn məktubları qəbul etməməyi barədə xəbər yayıb. Hazırda Ermənistanda Samir Məmmədovdan başqa mülki şəxs Anar Əliyev girovluqdadır.

Xəbər lenti

Xəbər lenti