...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2007 10:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 11-də saat 14,50-dən 22.55-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Korqan və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, dekabrın 11-də saat 23.45-dən dekabrın 12-i saaat 00.05-dək Ağdam rayonunun Cəvahirli və dekabrın 12-i saat 04.45-dən saat 04.50-dək Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə günü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti