...

Avropa Şurasının AQO qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşulacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2007 14:18 (UTC +04:00)
Avropa Şurasının AQO qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşulacaq

İsveç, Stokholm/ Trend müxbir A.İsmayılova/ Avropa Şurasının AQO qrupu insan haqları kontekstində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşulmaq niyyətindədir. Bu barədə AQO qrupunun səfiri Per Sjoqner şənbə günü Trend ə müsahibəsində bildirib. Sjoqnerin sözlərinə görə, AQO qrupu Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda demokratikləşmə, insan haqlarının təmin edilməsi prosesini izləməyə hazırdır. "AQO qrupu bu istiqamətdə artıq Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyini qazanıb" - deyə səfir qeyd edib.

Səfirin verdiyi məlumata görə, AQO qrupu Dağlıq Qarabağa səfər etmək niyyətindədir. Səfərin detalları hələ müəyyən olunmayıb.

Sjoqnerin sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycan icmasının öz torpaqlarına qayıtması məsələsi insan haqlarının təmin olunması aspektində çox vacibdir.

Xəbər lenti

Xəbər lenti