Fransa, Paris/ Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bu gün keçirilən iclasında, ərazisində "dondurulmuş münaqişələr" (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı) olan ölkələrə, ictimaiyyəti münaqişələrin müzakirəsinə cəlb etməyi məsləhət görüb. Bu barədə Trend inParisdəki müxbirinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib İclasda "dondurulmuş münaqişələr" üzrə daimi alt komitənin yaradılması müzakirə edilib. Belə təkliflə əvvəllər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin noyabrın 5-dən 6-dək Berlində keçirilən iclasının gedişində çıxış edib.