...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2008 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 13-də saat 16.20-dən 16.30-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, yanvarın 14-də saat 04.50-dən 05.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti