...

ATƏT nümayəndəsi Kosovo və Dağlıq Qarabağ münaqişəsi arasında presedent olduğunu düşünür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2008 19:04 (UTC +04:00)
ATƏT nümayəndəsi Kosovo və Dağlıq Qarabağ münaqişəsi arasında presedent olduğunu düşünür

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir S.Ağayeva/ ATƏT-in nümayəndəsi Kosovo və Dağlıq Qarabağ münaqişəsi arasında presedent olduğunu düşünür. "Kosovo və Dağlıq Qarabağ problemləri arasında fərq olsa da, Kosovo modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də presedent ola bilər" - NATO PA-nın cümə axşamı Azərbaycanın paytaxtında keçirilən beynəlxalq seminarında çıxışı zamanı ATƏT-in böyük məsləhətçisi Div Lints bildirib.

"Problemlər həll olunmalıdır, əks təqdirdə, yeni qurbanlar olur və separatçı əhval-ruhiyyəli hərəkətlər baş verir" - ATƏT-in nümayəndəsi bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri danışıqlar masası arxasına oturmalı və separatçı əhval-ruhiyyəli qüvvələri tam təcrid etməlidirlər.

Fevralın 17-də Kosovo Parlamenti bölgənin müstəqilliyi haqqında Bəyanat qəbul edib. Belqrad müsətəqillik haqqında Bəyanatı etibarsız sayaraq, beynəlxalq ictimaiyyəti "onu beynəlxalq hüquqlara ziddi olduğu üçün ləğv etməyə" çağırıb.

Xəbər lenti

Xəbər lenti